Bəzi ölkələrdə “YouTube”un videolarına baxmaq mümkün olmayıbbackend

Bəzi ölkələrdə “YouTube”un videolarına baxmaq mümkün olmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“YouTube” onlayn-videohostinqin istifadəçiləri xidmətin işində nasazlığın yarandığını bildirirlər.

NOCOMMENT.az xarci mediaya istinadən xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” portalı məlumat yayıb.

Qeyd edilir ki, nasazlıqlardan ən çox ABŞ, Böyük Britaniya, Almaniya və Yaponiyanın istifadəçiləri şikayət edirlər. Nasazlıqlarla habelə Rusiya sakinləri də qarşılaşıblar.

Şikayətlərin çox hissəsi (61%-i) videolara baxışda yaranan problemlərə aiddir. İstifadəçilərin daha 37%-i videohostinqin işindəki digər nasazlıqlardan şikayətlənirlər, 1% istifadəçi isə öz hesabına girə bilmir.