Bəzi yerlərdə duman var – FAKTİKİ HAVAbackend

Bəzi yerlərdə duman var – FAKTİKİ HAVA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Şabran, Yevlax, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astarada duman müşahidə olunur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 31-i saat 13:00-a olan məlumatında bildirilib.

Məlumata görə, sözügedən yerlərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur, bəzi yerlərdə isə cənub-qərb küləyi əsir.

Belə ki, küləyin maksimal sürəti Kəlbəcərdə 20, Lerik, Şamaxı və Qobustanda 19, Yardımlı, Zəngilan və Daşkəsəndə 18, Cəbrayılda 17 m/s-dək güclənir.