Biabırçı hadisə Rəqsanənin restoranında olub – Qalmaqalbackend

Biabırçı hadisə Rəqsanənin restoranında olub – Qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həmin biabırçı hadisə Rəqsanə İsmayılovanın öz restoranında olub. Hadisədən bir gün sonra mən onun məkanında uşaq ad günündə idim. Rəqsanə gəldi ki, burada biabırçı hadisə olub”.

NOCOMMENT axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova “Bazar düzü” proqramında deyib.

Sənətçi bildirib ki, Rəqsanə İsmayılovanın haqqında danışdığı müğənni həmin hərəkəti elə onun restoranında edib: “Bir xanım müğənni orada biabırçı hərəkətlər edib. Həmin hadisə haqda musiqiçilər, Rəqsanə adını çəkərək danışırdılar. Ailəli, uşağı olan xanımdır. Ailəmə belə adı demədim. Kiminsə eybini açan deyiləm. Mənim yoldaşım 25 il Rusiyada yaşayıb. Mən nə orada, nə burada artıq hərəkət etmərəm. Həmin xanım Rusiyada o həyatı açıq-aşkar yaşayır, gizlin yox”.

Xatırladaq ki, Rəqsanə Rusiyada işləməyə gedən ifaçılarımızın ünvanına – “Toydan sonra evinizə gedin. Kişilərlə oturub, başqa hərəkətlər etməyin”, – sözlərini söyləmişdi.