Bıçaqla kirayəçisini yaralayan ev sahibibackend

Bıçaqla kirayəçisini yaralayan ev sahibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sarıyerdə ev sahibinin 10 min lirəlik artımını qəbul etməyən kirayəçini həyat yoldaşının yanında bıçaqladığı anların görüntüləri ortaya çıxıb.

NOCOMMENT xəbər verir ki, ağır xəsarət alan kirayəçi reanimasiya şöbəsində müalicə olunur.
Ötən gün saat 10.30 radələrində Sarıyer Merkez Məhəlləsində baş verən hadisədə kirayə haqqının 10 min lirə artırıldığını öyrənən Serkan K. (42) bu artımı qəbul etməyib. Bu vəziyyətdən əsəbiləşən ev sahibinin oğlu Kərəm G. (40) evin qapısına gələrək kirayəçini “evdən çıxacaqsan” deyərək hədələyib. Hadisədən sonra Kerem G. küçədə kirayənişini görüb. İkili arasında başlayan mübahisə davaya çevrilib və bıçağını çıxaran Kerem G. Serkan K.-ni ayaqlarından və qasıq nahiyəsindən yaralayıb.