Almaniyada Volkswagen və BMW avtomobil istehsalçılarının işçiləri arasında xəbərdarlıq tətilləri başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bild məlumat yayıb.
Qeyd olunur ki, tətillər Almaniyanın metallurgiya və elektrik sənayesində ilk etiraz dalğasına başlayan “IG Metall” həmkarlar ittifaqı tərəfindən çağırılıb.
“Onlarda Volkswagen və BMW avtomobil istehsalçılarının əməkdaşları da iştirak edirlər”, – materialda deyilir.
Osnabryükedə Volkswagen zavodunun 250 işçisi də BMW zavodlarında və digər müəssisələrdə etiraz aksiyası keçirir. İnqolştadtdakı Audi zavodunda tətil gözlənilir.
İşçilər əməkhaqqının artırılmasını və təcrübəçilərin maaşlarını tələb edirlər.
Bundan əvvəl Volkswagen-in Almaniyada ən azı üç fabrikini bağlamağı planlaşdırdığı bildirilirdi.