Biləcəridə qonşular arasında QALMAQAL – VİDEObackend

Biləcəridə qonşular arasında QALMAQAL – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qonşu qonşusunu eyvanın qarşısını zəbt etməkdə ittiham edir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayon Rəşid İsmayılov küçəsi 1-ci döncə sakini Babak Cəbiyev iddia edir ki, yaşadığı binanın birinci mərtəbəsindəki qonşu öz eyvanının qarşısını avtomobilini park etmək üçün zəncirləyib.

“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən Babək Cəbiyev qonşusunun bu hərəkətinin sakinlərə mane olduğunu iddia edib.

Ünvana yollanıb Rəşid İsmayılov küçəsindəki eyvanın qarşısını bağlamağa cəhd edən sakinlə görüşdük.

Qonşusunun iddiasına aydınlıq gətirən Ceyran Vəliyeva dedi ki, mübahisə avtomobillərin saxlanılması ilə bağlıdır.

Həyətin digər sakinləri də avtomobillərini park etmək üçün yer tapmadıqlarını deyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.