35 min AZN-lik təmir layihəsi: Nəticə vəsaitə uyğun olacaqmı?backend

35 min AZN-lik təmir layihəsi: Nəticə vəsaitə uyğun olacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən rayonun mərkəzində yerləşən Heydər Əliyev parkındakı fəvvarələrin cari təmiri işlərinin satınalınması ilə bağlı prosedura start verilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 35.598,11 AZN təşkil edir.

Layihə çərçivəsində park ərazisində yerləşən fəvvarələrin əsaslı baxışdan keçirilməsi, zədələnmiş və köhnəlmiş hissələrin yenilənməsi, nasos və elektrik sistemlərinin bərpası, həmçinin ümumi texniki vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.