Biləsuvar Rayon Mərkəzi Xəstəxanası PİŞ-nin müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satınalınması üzrə keçirilmiş tenderin qalibi açıqlanıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib “GSL SERVICE” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Təklifin qiyməti 54.609,22 AZN təşkil edir.
Bu xidmətlərin məqsədi tibb müəssisələrindən yaranan tibbi tullantıların təhlükəsiz şəkildə daşınması və ekoloji tələblərə uyğun olaraq zərərsizləşdirilməsidir.
Xəstəxana tərəfindən həyata keçiriləcək bu xidmətlər ətraf mühitin mühafizəsi və insan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.