Biləsuvarda azyaşlı qardaşlar gül toxumundan zəhərlənibbackend

Biləsuvarda azyaşlı qardaşlar gül toxumundan zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvarda zəhərlənmə hadisəsi baş verib.

NOCOMMENT.az apa-a istinadən bildirir ki,hadisə Biləsuvar şəhərində, S.Vurğun küçəsində yerləşən evdə qeydə alınıb. Yaşadıqları evin həyətində əkilən gülün toxumlarını yeyən 10 və 9 yaşlarında olan qardaşlar zəhərlənib.

2013-cü il təvəllüdlü Bayramlı Abuzer Məhərrəm oğlu və qardaşı 2014-cü il təvəllüdlü Məhəmməd Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanaya göndəriliblər.