Biləsuvarda təzyiqdən öldüyü deyilən qadın qətlə yetirilibmiş… – TƏFƏRRÜAT / FOTObackend

Biləsuvarda təzyiqdən öldüyü deyilən qadın qətlə yetirilibmiş… – TƏFƏRRÜAT / FOTO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvarda gəlini tərəfindən qətlə yetirilən qadınla bağlı təfərrüatlar məlum olub.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, 4 oğlu və 2 qızı olan, 72 yaşlı Almaz Cəfərova uzun müddət tənha yaşayıb. Oğlanları Rusiya Federasiyasında yaşadığı bildirilir. Bir müddət əvvəl isə gəlini 30 yaşlı Gülbəniz Həsənzadə Rusiyadan gələrək mərhumla eyni evdə qalmağa başlayıb.

Mərhumun yaxınlarının sözlərinə görə, Almaz Cəfərova tək yaşadığı üçün evə təhlükəsizlik kameraları quraşdırılıb. Hadisədən təxminən 40 gün sonra yaxınları kamera görüntülərinə baxarkən ahıl qadının qətlə yetirildiyini müəyyən ediblər.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Biləsuvar sakini boğularaq öldürülüb, gəlini və gəlinin qardaşı saxlanılıb.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onun boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Biləsuvarda dünyasını dəyişən qadının sonradan qətlə yetirildiyi məlum olub.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

İlkin informasiyaya görə, bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Bu zaman onun qan təzyiqindən ölməsini biliblər.

Dünən ortaya çıxan kamera görüntülərindən onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.

Faktla bağlı Biləsuvar Rayon Prrokurorluğunda araşdırma başlanılıb.