Biletim. az-da “yer oyunu” – pul ödəyirsən, amma başqa yer verilirbackend

Biletim. az-da “yer oyunu” – pul ödəyirsən, amma başqa yer verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigar Musazadə adlı vətəndaş Biletim.az platforması və Qusar avtovağzalında yaşadığı narazılığı bildirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, onlayn olaraq bilet alıb yer seçmək mümkün olsa da, avtovağzala çatanda reallıq tam fərqli olur. Sərnişin bildirir ki, avtobus dəyişdirilir və seçdiyi yer avtomatik olaraq başqa yerə təyin olunur. Üstəlik, avtobus nəzərdə tutulmuş vaxtdan təxminən 40 dəqiqə gec çıxır.

Problemin həlli istiqamətində isə məsul şəxslərin bir-birinin üzərinə məsuliyyəti atması və konkret addımların atılmaması narazılığı daha da artır. Nigar Musazadə düşünür ki, bu vəziyyətdən çox sayda insan əziyyət çəkir, lakin hələ də problemin həll olunması üçün effektiv tədbirlər görülməyib.

Sərnişinlərdən bu mövzuda diqqətli olmaları və müvafiq qurumların məsələ ilə bağlı araşdırma aparması gözlənilir.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) göstərdiyi xidmətlərin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn biletlər “biletim.az” portalı üzərindən satışa çıxarılıb.