Bilik günü tədbir keçirilə bilər? – AÇIQLAMAbackend

Bilik günü tədbir keçirilə bilər? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“15 sentyabrda Bilik günü ilə bağlı heç bir kütləvi tədbirin keçirilməsi nəzərdə tutulmayıb. Pandemiya şəraitində bu, mümkün deyil”.

NOCOMMENT xəbər verir ki, bunu news24.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

Nazirliyin sözçüsü qeyd edib ki, bu il 650 mindən çox şagird ibtidai siniflərdə tədris prosesinə qoşulacaq: “Azərbaycanda şagirdlərin 10 faizinə qədəri rus dili üzrə təhsil alır. Təxminən 1 milyon 600 min şagirddən söhbət gedir”.