Bill Qeyts süni intellektin çökəcəyini proqnozlaşdırıbbackend

Bill Qeyts süni intellektin çökəcəyini proqnozlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milyarder, xeyriyyəçi və Microsoft IT korporasiyasının təsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt texnologiyası sadə işlərin öhdəsindən gələ bilməyəcəyi üçün gələcəkdə çökəcək. Baxmayaraq ki, neyron şəbəkələri indi asan tapşırıqları yerinə yetirmək iqtidarındadır.

NOCOMMENT.az xəbər verir ki, Bill Qeyts bu barədə Hindistanın Baş naziri Narendra Modi ilə söhbətində bildirib.

Bill Qeytsin sözlərinə görə, hazırda dünya süni intellekt texnologiyası ilə təmasda ilkin mərhələdədir. O əlavə edib: “Hazırda süni intellekt ilk dövrlərini yaşayır. O, indi çətin hesab etdiyiniz işləri yerinə yetirəcək, sonra asan saydığınız tapşırıqlarda uğursuz olacaq”.

Qeyts etiraf edib ki, süni intellekt böyük bir fürsət kimi görünür, lakin bununla bağlı bir sıra problemlər var.