Bill Qeytsdən planeti gözləyən yeni təhlükə ilə bağlı XƏBƏRDARLIQbackend

Bill Qeytsdən planeti gözləyən yeni təhlükə ilə bağlı XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar ştamları ilə gündəmdə olan koronavirus planetimizin bir nömrəli ortaq gündəmi olmağa davam edərkən, Bill Qeytsdən mübahisəli xəbərdarlıq gəlib.

NOCOMMENT.az xəbər verir ki, Qeyts planetimizi gözləyən yeni təhlükədən danışıb. O, G20 sammitinin bəyanatında qlobal istilik artımının 1,5 dərəcə ilə məhdudlaşdırılması vədinin real olmadığını açıqlayıb.

Qeyts dünya əhalisinin 65 faizinin Çin və Hindistan da daxil olmaqla orta gəlirli ölkələrdə yaşadığını vurğulayıb. “Onlar iqlimin açarıdır. Dünyada emissiyaların çoxu orta gəlirli ölkələrdən gəlir”.

O, dünyanın növbəti pandemiyaya hazır olması üçün 100 gün ərzində peyvənd istehsal etmək və digər 100 gündə isə bunu milyonlarla insana təklif etmək qabiliyyətinə nail olmağın vacibliyini vurğulayıb. Qeytsin sözlərinə görə, bizim bu gücə malik fabriklər tikmək imkanımız var. Lakin çatışmayan yeganə məqam hələ də lazımi addımların atılmamasıdır.
Sfera