Bill Qeytsdən qorxunc anons: Yüz min insan ölə bilərbackend

Bill Qeytsdən qorxunc ANONS: Yüz min insan ölə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“250 min insan xəstələnə, 100 min isə ölə bilər”

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, “Microsoft”un rəhbəri Bill Qeyts terrorçuların kütləvi hücumlar üçün viruslar kimi bioloji silahlar istehsal edə biləcəyini və bu hücumların koronavirusdan daha çox insan ölümü və maddi itki ilə nəticələnə biləcəyini düşünür.

Qeyd edək ki, “Microsoft”un qurucusu əvvəlki illərdə də qlobal bir epidemiya barədə xəbərdarlıq etmişdi. Bununla da koronavirus pandemiyasında nə qədər haqlı olduğunu göstərdi.

Məşhur milyarder indi isə dünyanı ikinci böyük fəlakətin gözlədiyi anonsunu verib. Dünyanın qarşılaşacağı ikinci böyük fəlakətin isə bioterrorizm olduğunu deyib.

Bioterrorizm nədir? Hərfi mənada, bioterrorizm, insanlar və ya digər canlılar arasında xəstəlik və ya ölümə səbəb olmaq üçün bioloji maddələrin qəsdən istifadəsi və ya təhdididir.

Hərbi strukturları hədəfə alan hücumlar “bioloji müharibə”, mülki insanları hədəfə alan hücumlar isə “bioterrorizm” olaraq qəbul edilir.

Bioterrorizm hadisələri siyasi, dini, və ya cinayət səbəbli , bir qrup və ya bir şəxs tərəfindən planlaşdırıla, yaxud da dövlət tərəfindən dəstəklənən terror fəaliyyətlərinin bir hissəsi ola bilər. Ümumdünya Səhiyyə Təşkilatına görə, beş milyon əhalisi olan bir şəhərdə 50 kiloqramlıq bioloji maddə buraxılarsa, iki yüz əlli min insan xəstələnə və yüz min nəfər ölə bilər.

Bir hadisənin bioloji bir hücum olaraq qiymətləndirilməsi üçün bəzi fərqli xüsusiyyətləri olması lazımdır. Bu gün ən azı 17 ölkənin bioloji silah proqramlarına sahib olduğu və bəzi mikroorqanizm ehtiyatlarının və texnologiyalarının müxalif terror qruplaşmalarının əlinə keçdiyi məlumdur.

Bioterrorizmin dünyanın gələcəyi üçün böyük bir risk olacağı artıq məlumdur. Dünyanın lider ölkələri və ya beynəlxalq təşkilatların bu barədə hansı tədbirləri görəcəyi isə sual altındadır.