Bill Qeytsin proqnozu özünü doğruldacaq? – AÇIQLAMAbackend

Bill Qeytsin proqnozu özünü doğruldacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bill Qeytsin pandemiya ilə bağlı verdiyi açıqlamalarında müəyyən həqiqət var. Məsələ ondan ibarətdir ki, “delta” ştamına qədər SARS-CoV-2 virusunun yoluxuculuğu və xəstəliyin ağır gedişi artan xətlə davam edirdi. Amma “omikron” ştamında bir az fərqli mənzərə müşahidə edilir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O qeyd edib ki, bu ştamdakı 32 mutasiyanın ikisi virusun qişasında, qalanı isə S zülalda baş verib:

“Bütün bunlar fərqli fikirlər yürütdü. Düşünürlər ki, bu virus britaniyalı alimlər tərəfindən məqsədli şəkildə pandemiyaya son qoymaq üçün yaradılıb. Bu kimi iddiaların əsası olmadı. Hazırda fikirlər o istiqamətdədir ki, bu virusa insan əlinin və ya konstruksiyanın, yaxud da antropometrik yolla təsiri yoxdur. Mutasiya təbii yolla əmələ gəlib. Virus uzun müddət bir orqanizmdə qalıb və bu dəyişikliyə uğrayıb. Yəni immundefisit olan xəstələr bu vəziyyətə düşüb. “Omikron” ştamı bu gün dünyaya yayılmaqdadır. Onun yoluxuculuq qabiliyyəti yüksək olsa da, öldürücülük qabiliyyəti xeyli aşağıdır. Ştam zəifləmiş görünür ki, bu da növbəti ştamın daha zəif formada ortaya çıxması ehtimalını yaradır. Bütün bunları nəzərə alaraq Bill Qeytsin açıqlamasında həqiqət var.

Elmi proqnozlara gəldikdə, virus uzun müddət bu şəkildə davam edə bilməz, mutasiya edən virus gec-tez zəifləməlidir. Ştam zəifləyərək tədricən yoxa çıxmalıdır. Bill Qeytsin dedikləri də bu proqnozlara söykənir. Ümid edək ki, belə də olacaq”.

Xatırladaq ki, “Microsoft” korporasiyasının qurucusu Bill Qeyts bu yaxınlarda verdiyi açıqlamada koronavirus pandemiyasının kəskin mərhələsinin 2022-ci ildə başa çatacağını bildirmişdi. Onun sözlərinə görə, “omikron”un yaranması xəstəlik dalğalarının qısalmasına və pandemiyanın 2022-ci ildə bitməsinə səbəb ola bilər.