“Billur-Klinika” MMC-yə iki maliyyə sanksiyası tətbiq olunubbackend

“Billur-Klinika” MMC-yə iki maliyyə sanksiyası tətbiq olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Billur-Klinika” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Operativ Vergi Nəzarəti orqanları tərəfindən iki maliyyə sanksiyası verilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, POS-terminalların quraşdırılması və istifadəsinə nəzarətdə pozuntulara görə 1000 manat, həmçinin işəgötürənlə fiziki şəxslər arasında əmək müqavilələrinin hüquqi qüvvəyə minməməsi ilə bağlı 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Qanuni təmsilçisi və rəhbəri bölgədə tanınan stomatoloq Fərid Fətiyev Faig oğludur. “Billur-Klinika” stamatoloji klinika olaraq fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 50 manat, hüquqi ünvanı isə AZ1801, Şirvan şəhəri, Energetik, ev 3 olaraq qeyd olunub.