Binada təmir-tikintinin yarımçıq qalması sakinlərin narazılığına səbəb olub – VİDEObackend

Binada təmir-tikintinin yarımçıq qalması sakinlərin narazılığına səbəb olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində yerləşən “MirXəlil” MTK-ya məxsus çoxmənzilli yaşayış binasında təmir-tikinti işlərinin uzun müddətdir yarımçıq qalması sakinlərin ciddi narazılığına səbəb olub.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, yeni binada yaşayış var, amma təmir işləri hələ də yekunlaşmayıb.

Sakinlərin sözlərinə görə, binanın bəzi hissələrində kommunikasiya xətləri tamamlanmayıb, lift sistemi quraşdırılmayıb, həyətyanı sahə isə baxımsız vəziyyətdədir. Ancaq son günlərdə təmir-tikinti işləri görülür. Bu da onları az da olsa həvəsləndirib.

Məsələ ilə bağlı “MirXəlil” MTK-nın baş mühəndisi Aydın İbrahimov bildirdi ki, sakinlərin narazılığı tam əsaslıdır. Onun sözlərinə görə, maliyyə və texniki səbəblər ucbatından işlər bir müddət dayandırılıb.

İndi sakinlər ümid edirlər ki, MTK rəhbərliyi verdiyi vədə əməl edəcək və bina qısa zamanda tam hazır vəziyyətə gətiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.