Binadan yıxılıb ölən Kəmalənin – Fotosubackend

Binadan yıxılıb ölən Kəmalənin – Fotosu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Abşeron rayonu Şəfəq qəsəbəsində, “Stansiya Sumqayıt” adlanan ərazidə 21 yaşlı Kəmalə Əbilova yaşadığı çoxmərtəbəli binadakı mənzilin eyvanından yıxılaraq ölüb.

NOCOMMENT.az xəbər verir ki, K. Əbilova Sumqayıt Dövlət Universitetinin tələbəsi idi.

O, Riyaziyyat fakültəsində təhsil alırdı.

***
13:31

Abşeron rayonunun Şəfəq qəsəbəsində bədbəxt hadisə baş verib.

NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, ilkin məlumatlara görə, 2004-cü il təvəllüdlü qəsəbə sakini Əbilova Kəmalə Tarıyel qızı yaşadığı çoxmərtəbəli binadakı mənzilinin eyvanından yıxılaraq həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Hadisənin dəqiq başvermə səbəbləri araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.