Binanın damında velosiped sürülür – Təhlükəli vəziyyət müzakirələrə səbəb olub – VİDEObackend

Binanın damında velosiped sürülür – Təhlükəli vəziyyət müzakirələrə səbəb olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonu ərazisində yerləşən 7 mərtəbəli binanın damında toyuq-cücə saxlanılır. Azyaşlılar isə burada velosiped sürürlər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.

Hətta bir neçə il öncəyədək binanın damında çox sayda ailə yaşayıb. Ancaq baş verən yanğından sonra vəziyyət dəyişib.

Videogörüntüdə lentə alınan velosiped sürən uşağın babası bildirib ki, həmin vaxt uşaq nəzarətsiz olmayıb, onun yanında olublar. O deyib ki, binanın damında hər gün onlarla uşaq oynayır. Səbəb isə həyətdə uşaqların oynamasına yerin olmamasıdır.

Həmin binada təhlükəsizliyin təmin edilməsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdik. Binanın başqa quruma aid olduğu bildirildi. Hansı quruma aid olduğunu isə araşdırıb deyəcəklərini bildirsələr də, günün sonuna kimi məlumat verilmədi.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.