Binanın girişinə atılan uşaqla bağlı AÇIQLAMAbackend

Binanın girişinə atılan uşaqla bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilən 14 günlük atılmış körpənin vəziyyəti yaxşılaşıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidməti məlumat yayıb.

Gətirilərkən vəziyyəti orta-ağır olan körpə həkimlərin səyi nəticəsində sağalmaq üzrədir.

Qeyd edək ki, Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilən körpənin səhhətində müəyyən problemlər olduğundan 21 noyabr 2021-ci il tarixində 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib. Körpənin vəziyyəti tam yaxşılaşdıqdan sonra yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq.