Binəli Yıldırım Azərbaycanda qəza keçirdikdən sonra ilk dəfə açıqlama veribbackend

Binəli Yıldırım Azərbaycanda qəza keçirdikdən sonra ilk dəfə açıqlama verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün tibb heyətinə, o cümlədən Türkiyə Səhiyyə Nazirliyinə səhhətimin normallaşmasında göstərdiyi xidmətlərinə təşəkkür edirəm”.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olarkən yol qəzasına düşmüş Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım xəstəxanadan evə buraxılarkən jurnalistlərə açıqlamasında deyib.

O, qəzadan sonra ağır əməliyyatlar keçirdiyini və iki qabırğasının sındığını bildirib: “Həmçinin körpücük sümüyüm zədələnib. Müalicəmizin davam etməsində xeyli insanın zəhmət var. Qəzadan dərhal sonra Azərbaycana gələn ailəmə xüsusilə minnətdaram”.

B.Yıldırım söyləyib ki, bundan sonra müalicə ev şəraitində davam edəcək.