Binəli Yıldırım “YAŞAT” Fonduna ianə edibbackend

Binəli Yıldırım “YAŞAT” Fonduna ianə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım “Yaşat” Fonduna 1000 manat ianə edib.

NOCOMMENT.az xəbər verir ki, B.Yıldırım bu gün nümayəndə heyəti ilə “Zəfər Yarmarkası”nı ziyarət edib. Ziyarət çərçivəsində yarmarkada nümayiş edilən hərbi texnika və sahibkarların burada yerləşdirilən satış mərkəzləri ilə tanış olub. Ona “Zəfər Yarmarkası”nın əhəmiyyəti və məqsədi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, oktyabrın 29-da başlayan yarmarka noyabrın 9-dək davam edəcək.

Yarmarkadan əldə edilən gəlirlər “YAŞAT” Fonduna ianə olunacaq.