Binəli Yıldırımın Qarabağda qəzaya düşdüyü yerdən GÖRÜNTÜLƏRbackend

Binəli Yıldırımın Qarabağda qəzaya düşdüyü yerdən GÖRÜNTÜLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanı yolunda qəzaya düşüblər.

NOCOMMENT.az bildirir ki, hadisədən sonra hər üç şəxs helikopterlə Bakıya gətirilib. Onlar profilaktika məqsədilə xəstəxanaya yerləşdiriliblər.

Hazırda türkiyəli siyasətçilərin səhhəti normal qiymətləndirilir.

Türkiyə mətbuatının yaydığı məlumata görə, hadisə B.Yıldırımın olduğu avtomobilin ön təkərinin partlaması nəticəsində baş verib.

Qeyd edək ki, AKP-nin sədr müavini Ömər Çelik və Efkan Alanın onları müşayiət etmək üçün Bakıda qaldıqları açıqlanıb.

Hadisə yerindən ilk görüntüləri təqdim edirik: