Neft ərazisində evlərin ətrafını basan qamışlıq sahədə tez-tez yanğın baş verir. Səbəbi isə məlum deyil.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu 1-ci mədən 14-cü korpus adlı ünvanda yaşayan sakinlər, elə ötən gün təkrar baş verən yanğından sonra son çarəni “Xəzərxəbər”ə müraciət etməkdə görüblər.
Yanğın evlərə keçməsə də sakinlərin kommunal xətlərini elektrik naqillərini və kanalizasiya borularını sıradan çıxarıb.
Lakin problemin illərdir həllinə qovuşmamasına əsas səbəb başqadır. Ərazidə olan evlər sənədsizdir. Burada məskunlaşmaq isə əslində qanunsuzdur.
Sakinlər isə deyirlər ki, artıq burda illərdir məskunlaşmışıq. Onlar ərazinin təhlükəsizliyinin və abadlığının təmin olunması, kommunal xətlərin çəkilməsi üçün aidiyyəti qurumlardan dəstək istəyirlər.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.