Binəqədidə iki avtobus toqquşub, 4 nəfər xəsarət alıbbackend

Binəqədidə iki avtobus toqquşub, 4 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən NOCOMMENT.az -a verilən xəbərə görə, “İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.

Hazırda faktla bağlı araşdırma aparılır.