Binəqədidə qəza baş verdi, Nərimanovda su kəsildibackend

Binəqədidə qəza baş verdi, Nərimanovda su kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ceyranbatan-Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

“Azərsu” ASC-dən NOCOMMENT-ə verilən məlumata görə, hazırda qəza briqadaları hadisə yerində işləyirlər və günün sonuna qədər qəza aradan qaldırılacaq.

“Yaranmış narahatlıqla bağlı “Azərsu” ASC abonentlərdən üzr istəyir”, – deyə məlumatda deyilir.