Bakı şəhəri, Binəqədi rayonu ərazisində yolun hərəkət hissəsində kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar aparılan qazıntı işləri sakinlərin narazılığına səbəb olub.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, Rəsulzadə və Binəqədi qəsəbələrini birləşdirən yoldakı vəziyyət tıxacın yaranmasına, sürücü və sərnişinlərin uzun müddət yolda qalmalarına səbəb olur.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib ki, sözügedən ərazidə işlər qısa müddətdə yekunlaşacaq:
“MİDA-nın növbəti layihəsi olan Binəqədi Yaşayış Kompleksinə xarici məişət-kanalizasiya xəttinin çəkilişi ilə bağlı işlər Binəqədi şosesindəki mövcud kommunikasiya xətləri nəzərə alınmaqla, müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirilir. İşlərin qısa müddət ərzində tamamlanması nəzərdə tutulur”.













