Bir ailənin üç üzvü göbələkdən zəhərlənibbackend

Bir ailənin üç üzvü göbələkdən zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada bir ailənin üç üzvü göbələkdən zəhərlənib.

NOCOMMENT.az  xəbər verir ki, Quba rayonunun Zərqava kəndində üç nəfər göbələkdən zəhərlənib.

Həmin kəndin sakinləri – İqlimə Şahgədə qızı Seyidova, Seyid Mövlud oğlu Seyidov və Ümman Seyid oğlu Seyidov meşədən göbələk toplayıb yedikdən sonra özlərini pis hiss ediblər.

Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.