Bir-birinin ardınca gələn qurtuluş xəbərləri hər kəsə ruh yüksəkliyi verir.
NOCOMMENT xəbər verir ki, “Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdə Kahramanmaraşda dağıntılar altında qalan şəxs 89 saatdan sonra xilas edilib.
Kocaeli Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamaya görə, Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra bölgəyə gedən Böyükşəhər Bələdiyyəsi xilasetmə qrupları xarabalıqlar arasında sağ qalanlara çatmaq üçün işlərini davam etdirir.
Kahramanmaraşda həssas akustik dinləmə cihazları ilə aparılan araşdırmada qruplar dağılmış bir yaşayış binasının dağıntılarından səs gəldiyini təyin ediblər.
Aparılan işlər nəticəsində yanğınsöndürənlər 89 saatdan sonra Yusif adlı şəxsi dağıntılar altından xilas edə biliblər.
Xilasetmə anının cib telefonu kamerasına əks olunan görüntülərində dağıntılar altındaykən çatmağa çalışan şəxs dəfələrlə qruplara “Allah razı olsun ” deyib.