“Jurnalist” adı altında fəaliyyət göstərən kəşfiyyat qrupu…
“Sputnik Azərbaycan”ın casusluq şübhəsilə həbs edilən rəhbərləri ilə bağlı Rusiya Jurnalsitlər İttifaqı beynəlxalq təşkilatlara məktub ünvanlayıb, onların sadəcə iki jurnalist olduğunu qeyd edib.
Bəs əslində nə baş verir?
Azərbaycan Mətbuat Şurası da beynəlxalq ictimaiyyətə müraciət edib və Rusiya jurnalistlər ittifaqının yalan və qərəzli məlumatlarını ifşa edib.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli deyir ki, Rusiyanın digər ölkələrə əsas müdaxilə aləti olan, sözdə “Media” adlanan casusları təkcə indi yox, elə sovet dövründən müxtəlif yerlərdə fəaliyyətdə olub. Şəxslər dəyişsə də, kəşfiyyat mexanizmi dəyişməyib. Elə ölkəmizdə də agentlik yox, sözün həqiqi mənasında agent kimi fəaliyyətdə olan “Sputnik Azərbaycan”ın iç üzü də qısa müddət əvvəl ortaya çıxdı. Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna cavab olaraq, Azərbaycanın Mətbuat şurası hadisələrin obyektiv mənzərəsini beynəlxalq aləmə çatdırıb. Özü də real faktlara əsaslanan arqumentlər irəli sürülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.