Bir çox rayonda qaz kəsintisi ilə bağlı Azəriqaz-dan AÇIQLAMAbackend

Bir çox rayonda qaz kəsintisi ilə bağlı Azəriqaz-dan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda qaz kəsintisi ilə bağlı ümumi qaz şəbəkəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən araşdırma aparılır”.

NOCOMMENT xəbər verir ki, bunu oxu.az-a açıqlamasında “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov deyib.

O bildirib ki, ölkə üzrə 20-yə yaxın rayonun bəzi kəndlərində araşdırmalar aparılır və qaz kəsintisinin açılması tənzimlənir: “Rayon mərkəzlərində, strateji obyektlərdə qaz kəsintisi olmayıb. Bu, yalnız müəyyən kəndlərdə baş verib. Hazırda proses nəzarətdə saxlanılır, problem tədricən tənzimlənir və nizama qoyulur”.

Qaz kəsintisinin səbəblərinə aydınlıq gətirən Ceyhun Səfərov bildirib ki, ümumi qaz şəbəkəsində artıq yüklənmə baş verib və havaların birdən soyuması qaza olan təlabatı artırıb: “Bunu fövqəladə vəziyyət kimi qəbul edə bilərik. Təbii ki, bu problem artıq tədricən həll olunmaqdadır. Çox yaxın saatlara qaz təchizatı tam şəkildə həllini tapacaq. Yaxın günlərdə isə qaz təchizatında heç bir problem yaşanmayacaq, abonentlərimiz tam normal rejimdə qaz ala biləcək”.

Qeyd edək ki, bu gün Azərbaycanda 20-yə yaxın rayonun bəzi kəndlərində qazın verilməsində problemlərin yarandığı barədə məlumat verilmişdi.