“Bir çoxunda tərbiyə yoxdur”backend

“Bir çoxunda tərbiyə yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Abbas Bağırov açıq havada siqaret çəkilməsini və tütün məmulatları tullantılarının yerə atılmasını tənqid edib.

NOCOMMENT.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə müğənni sosial media hesabında paylaşım edib.

“Bir çoxunda tərbiyə yoxdur: Avtomobil idarə edərkən pəncərədən, evinin eyvanından aşağıya atan kim?! Parklarda reyd keçirtmək gözəl olardı. İnsanlar gəlir parklarda təmiz hava alıb istirahət etməyə. Yanında əllərində topa-topa siqarət çəkərək gəzib insanları narahat edirlər” deyə, Abbas bildirib.