Bir daşla iki quş vurdum – Prezident təqaüdçüsübackend

Bir daşla iki quş vurdum – Prezident təqaüdçüsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.

Bu tələbələrdən biri də 677.1 bal toplayan Kübra Həsənzadədir.

NOCOMMENT.az xəbər verir ki, Kübra sevincini Redaktor.azla bölüşüb.

– Kübra hansı məktəbi bitirmisən? Hazırda hansı universitetdə təhsil alırsan? Ali məktəbə qəbul olarkən nə qədər bal toplamışdın?

– Masallı rayon Molla Həsənli kənd tam orta məktəbini bitirmişəm. Bakı Dövlət Universitetinin hüquq fakültəsində ingilis dilində təhsil alıram. 677.1 bal toplamışdım, buraxılış imtahanından 289, blok imtahanından 388 bal toplamışam.

– Ali məktəbə hazırlaşarkən repetitor yanına gedirdin?

– Bəli,hər bir fənndən hazırlığa getmişəm.

 Nə üçün ingilis dilində təhsil almağı seçdin?

– Bir daşla iki quş vurmaq üçün seçdim. Həm hüquq təhsilimi ingilis dilində alım, həm də bu dil üzrə biliklərimi inkişaf etdirim. Həm də gələcək magistr təhsilimi xaricdə almaq üçün ingilis dilini bilməyim mənim üçün daha yaxşı imkanlar yaradacaq. Həm hüquq, həm ingilis dilində təhsil müəyyən çətinliklər yradır. Amma öhdəsindən gələ bilirəm. Magistr təhsilimi isə Amerika və ya Avropa ölkələrinin birində almaq istəyərəm.

– Ali məktəbə hazırlaşarkən daha çox hansı çətinliklərlə üzləşdin?

– Axır vaxtlarda dərslər üst-üstə düşürdü, imtahanlar yaxınlaşırdı deyə çox yorulurdum. Amma bu vaxta kimi çətinliyim olmayıb. Çünki ibtidai sinifdən yaxşı oxumuşam, təməlim güclü olduğu üçün yuxarı siniflərdə çətinlik çəkməmişəm. Məktəbi də fərqlənmə ilə bitirmişəm.

– Prezident təqaüdçüsü olacağını təxmin etmişdin?

– Bizə əvvəlcədən zəng gəlmişdi ki, Prezident təqaüdü ilə bağlı anket doldurmalıyam. Balımı yığandan sonra bilirdim ki, 3-cü qrup üzrə ilk 25 nəfər arasında olacağam. Amma insan az da olsa şübhədə qalır. Anketi doldurandan sonra isə tam əmin oldum ki, siyahıda mənim də adım var. Bu gün isə nəticələr çıxdı. Çox sevincliyəm!