İranda bir neçə idmançı gecə saatlarında saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, “Iran International” nəşrinin yaydığı məlumata görə, fevralın 14-də gecə saat 02:00 radələrində təhlükəsizlik qüvvələri Masal şəhərində (Gilan əyaləti) dörd boksçunun evində axtarış aparıb.
Basqın zamanı boksçular Milad Şahbazi, Müctəba Yəzdani, Məcid Həbibzadə və Behnam Zəfəri, həmçinin “Malavan” klubunun keçmiş futbolçusu Saman Nurməhəmmədi saxlanılıb.
Məlumata əsasən, evlərdə aparılan axtarışlardan sonra təhlükəsizlik əməkdaşları saxlanılan şəxsləri Rəşt şəhərinin kəşfiyyat idarəsinə təhvil veriblər.
Saxlanılmanın səbəbləri və irəli sürülən ittihamlar barədə hələlik rəsmi açıqlama verilməyib.\\Musavat.com













