Bir-iki nəfəri camaatın gözü qabağında asanda, başqalarına da dərs olacaqbackend

Bir-iki nəfəri camaatın gözü qabağında asanda, başqalarına da dərs olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, İmişlidə atalığı tərəfindən təcavüzə uğrayan 11 yaşlı qız hamilə qalıb və dünən uşaq dünyaya gətirib. Onun atalığı artıq həbs edilib. Respublika Klinik Xəstəxanasının patologiyası şöbəsində 30-31 həftəlik, qeysəriyyə əməliyyatı ilə doğulan körpə dünyasını dəyişib. 

NOCOMMENT.az xəbər verir ki,mövzu ilə bağlı yenisabah-a danışan Xalq artisti Rasim Balayev cinsi zorakılıqla bağlı cinayətlər baş verdikdə ölüm hökmünün bərpasının lazım olduğunu deyib:

“Bu hadisə dəhşətdir, adam deməyə söz tapmır. Mən hüquq barədə mütəxəssis deyiləm, amma öz fikirlərimi sənətçi olaraq söyləyəcəm. Bu dəhşətli hadisədir və mən də bu məsələdə ölüm hökmünü dəstəkləyirəm. Belə vəziyyətdə onu asmaq lazımdır, özü də insanların gözü qabağında ki, hamıya dərs olsun. Yoxsa indiki vəziyyətdə bu cür iyrənc əməl törədib sonra da gedirlər 8-9 il həbs yatırlar, sonra da yarı “srok”la çıxırlar azadlığa. Həbs yatsalar da əqidələri dəyişmir. Bir-iki nəfəri camaatın gözü qabağında asanda, başqalarına da dərs olacaq. Camaat da baxıb görəcək ki, bu əməli törədən gör nə günə düşdü. Düzdür, biz demokratik ölkədə yaşayırıq, bəlkə də bu dünya standartlarına uyğun gəlmir, amma hər halda elə cinayətlər var ki, cinayətkarı mütləq edam eləmək lazımdır. Başqa yolu yoxdur. Bu mənim fikrimdir, hər kəs razılaşmağa məcbur deyil. Mənim bu mövzuda səlahiyyətim yoxdur, hökümət, qanun var, amma səlahiyyətim olsaydı, ölüm hökmünü bərpa edərdim. Bilirsiniz, insanları iki şeylə idarə edirlər: yüksək şüur və qorxu. Yüksək şüur yoxdur, qorxu hissi də olmasa insanları bu tip əməllərdən çəkindirmək qəliz məsələdir. İnsan nə qədər vəhşi olmalıdır ki, balaca bir uşağa təcavüz eləsin. Deməli bu insanı cəmiyyətdən təcrid edib məhv eləmək lazımdır. Hər halda, bu mənim subyektiv fikrimdir”.