Bir il içərisində polkovnik-leytenantdan general-mayora yüksəldibackend

Bir il içərisində polkovnik-leytenantdan general-mayora yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. Onlardan biri Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi Elgün Aqil oğlu Əliyevdir.

NOCOMMENT.az “Unikal”a istinadən xəbər verir ki, Elgün Əliyev 2024-cü ilin may ayında polkovnik-leytenant rütbəsində olub.

O, cəmi 1 il içərisində həm polkovnik, həm də general-mayor rütbəsinə yüksəlib.