“Bir insanlıq, bir dünya” yanaşmasını qəbul etsək, problemləri həll edə bilərikbackend

“Bir insanlıq, bir dünya” yanaşmasını qəbul etsək, problemləri həll edə bilərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçirilən və beynəlxalq miqrasiya məsələlərinin müzakirə edildiyi “Beynəlxalq Miqrasiya Dialoqu Toplantısı”nda qida böhranına toxunub.

NOCOMMENT.az xəbər verir ki, Çavuşoğlu “İnsan hərəkətliliyini davamlı edə bilən məqsədlərimizə çatmaq üçün ondan istifadə etməyin vaxtıdır. Qarşıda duran çağırışlara “bir insanlıq, bir dünya” yanaşmasını qəbul etsək, bu mürəkkəb problemlərin öhdəsindən gələ bilərik” deyərək çıxış edib.

“Qlobal çətinliklər və qarşıdurmalar çarəsiz insanların üzərində miqrasiya təzyiqini artırır” deyən Çavuşoğlu Ukraynadakı müharibənin qlobal təchizatı kritik səviyyəyə gətirdiyini qeyd edib.

NOCOMMENT.AZ