Bir kənddə onlarla insan koronavirusa yoluxubbackend

Bir kənddə onlarla insan koronavirusa yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunun Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma qeydə alınıb.

NOCOMMENT Report-a istinadən xəbər verir ki, kəndin 31 sakininin koronavirus infeksiyasına yoluxması aşkarlanıb.

Kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunublar və vəziyyətin nəzarətə götürülməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.

Xəstələrin sayının artacağı isə istisna olunmur.