Bir Millət, İki Dövlət, Bir Tale – 15 İYUL GECƏSİ (FOTO)backend

Bir Millət, İki Dövlət, Bir Tale – 15 İYUL GECƏSİ (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarixə nəzər saldıqca bir millət, iki dövlət olan Osmanlı Türkiyəsi və Azərbaycanın qonşu dövlətlərlə, milli, dini, o cümlədən etnik məsələlərdə, geosiyasi münasibətlərində oxşar taleləri yaşadığının şahidi oluruq.

NOCOMMENT.az xəbər verir ki, düz 4 il öncə, 2016-cı ilin 15 iyulunda FETÖ tərəfdarları tərəfindən ordunun vasitəsi ilə Türkiyədə çevirilişə cəhd edilir. Lakin Türk xalqı 15 iyul gecəsi ayağa qalxaraq çevrilişə cəhd edənlərə canları və qanları bahasına cavab verdi.

2020-ci ilin 15 iyulunda da Bakıda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən ağır döyüşlərlə bağlı ordumuza dəstək yürüşü və izdihamlı mitinqi keçirildi. Minlərlə dinc sakin orduya, dovlətə və Ali Baş Komandana dəstək ifadələri ilə küçələrə axışdı.

Hər iki dövlətdə 4 il zaman məsafəsi ilə 15 iyul gecəsinə nəzər salsaq bənzər halları müşahidə etmək mümkündür. İnsanlar küçələrə çıxaraq dövləti, ordunu və ölkə başçısını dəstəklədiklərini, eyni zamanda müstəqilliklərinin keşiyində durduqlarını ifadə etdilər.

Təəssüflə qeyd etmək istərdik ki, 15 iyul gecəsi Bakıda baş verən mitinqdə bir qrup şəxs tərəfindən təxribata cəhd edilsə də qısa müddət ərzində dinc yolla qarşısı alındı.

Baş redaktor
İlham Məmmədov