Eyni yol nişanları ard-arda qoyulub.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sürücülərdə çaşqınlıq yaradan kadrlar Bakı-Şamaxı yolunda çəkilib. Görüntülərdə müxtəlif xəbərdarlıqedici və qadağanedici yol nişanlarının eyni yerdə qoyulması belə izah edilir ki, köhnə nişanlar yenisi ilə əvəz edilir.
Sürücülər isə iddia edirlər ki, qarşıda radarın olduğunu bildirən nişanlardan başqa, digər yeni qoyulanlarda ciddi fərq yoxdur. Yəni ölçüsü də, hündürlükləri də eynidir.
Əgər sürücülərin dediyi kimi, heç bir fərq yoxdursa, nişanların yenilənməsi zərurəti niyə yaranıb?
Yerüstü Nəqliyyat Agentliyindən ”Xəzər Xəbər”ə mövqe bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













