“BMT-nin yardım agentliyinə maliyyəni kəsmək cinayətdir”.
NOCOMMENT.az xəbər verir ki, Misirin xarici işlər naziri Sameh Şükri agentlik əməkdaşlarına qarşı irəli sürülən ittihamları absurd adlandırıb:
“Bəzi şəxslərin qəbuledilməz hərəkətləri səbəbindən agentliyin öz öhdəliklərini yerinə yetirmək qabiliyyətinin azaldılması və bütün qurumun üzərinə məsuliyyət qoymaq cəhdləri agentliyin gördüyü işləri nəzərə alsaq, baş verməməli olan bir cinayətdir.”
Xatırladaq ki, bir neçə ölkə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə maliyyənin dayandırıldığını açıqlayıb.