Gəncənin atəşə tutulması nəticəsində bir nəfər ölüb, 32 nəfər xəsarət alıb – RƏSMİbackend

Gəncənin atəşə tutulması nəticəsində bir nəfər ölüb, 32 nəfər xəsarət alıb – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin Gəncəni atəşə tutması nəticəsində bir nəfər ölüb, 32 nəfər xəsarət alıb.

NOCOMMENT xəbər verir ki, bu, Azərbaycanın Baş Prokuroru Kamran Əliyevin bəyanatında bildirilib.

“Əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olmuş, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulmuşdur. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir”, – deyə Baş prokuror əlavə edib.