Bir qədəh şərabdan baş niyə ağrıyır? – Nevroloq açıqladıbackend

Bir qədəh şərabdan baş niyə ağrıyır? – Nevroloq açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox insanlar bircə qədəh şərab içən kimi baş ağrısından şikayətlənir və buna görə özəl günlərdə sevimli içkilərinə əl uzatmır.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, nevroloq Kseniya Ovsyannikova bunun səbəbini genlərdə görür.

“Bu mutant genlər əksər insanlarda olmasa da bəzilərində var.

Şərab içən kimi başı ağrıyanlarda SUOX geni var, bu gen sulfitoksidaza fermentinin işini pozur. Bu fermentin başlıca rolu içkidə olan toksik sulfitləri detoks etməkdir.

Şərabda E220 maddəsini təbii yolla həll etmək üçün bu gen lazımdır.

Bu geni olan şəxslər aşağıdakı qidaları da yaxşı həzm etmir və problem yaşayır:

– ət, yumurta, kələm, noxud, süd məhsulları, soğan sarımsaq.

– Əgər bu proses pozulubsa, orqanizmdə zəhərli sulfitlərin toplanması baş verir.

Bu zaman səpki, allergiya, ürəkbulanma, miqren, astma, qanda yüksək şəkər əlamətləri olur.

Ağır hallarda sulfitlər mərkəzi sinir sisteminə təsir edir, baş ağrısı, miqren ürəkbulanma, qusma olur. Məhz sulfitlər autizm spektrinin inkişafında əsas səbəblərdən biridir”.