Bir qrup bağça müəlliməsinə müsabiqədə iştirakdan niyə imtina verilib? – VİDEObackend

Bir qrup bağça müəlliməsinə müsabiqədə iştirakdan niyə imtina verilib? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolleci bitirib bağça müəllimi olmaq istəyən şəxslərin müraciətinə imtina verilib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət kolleclərin “Ailə və ev” təhsili adlı ixtisasını bitirən şəxslərdən gedir.

Onlar “Xəzər Xəbər”ə müraciət edərək bildiriblər ki, təhsil aldıqları ixtisası bitirdikdən sonra məktəbəqədər təlim və tərbiyə imtahanında tərbiyəçi-müəllim olmaq üçün müsabiqədə iştirak edə bilirdlər, lakin onlar bu il həmin ixtisas üzrə qeydiyyatdan keçsələr də sistem tərəfindən onlara imtina cavabı verilib.

Onlar deyirlər ki, müraciətlərə imtina səbəbi olaraq ixtisaslarının qeyri-pedaqoji olduğu, bu səbəbdən də tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştiraklarına imtina verildiyi bildirilir.

Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.