Bir qrup əlilliyi olan şəxs maddi yardımlarını ala bilmirlər – ŞİKAYƏT – VİDEObackend

Bir qrup əlilliyi olan şəxs maddi yardımlarını ala bilmirlər – ŞİKAYƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup əlilliyi olan şəxs ildə 1 dəfə onlara verilən maddi yardımı almaqla bağlı çətinliklə üzləşiblər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Beynəlxalq Əlillər Günü ilə əlaqədar verilən yardımdan yararlanmaq üçün qeydiyyatdan keçə bilməyən bir qrup şəxs televiziyamızın qaynar xəttinə müraciət edib.

Onların dediklərinə görə, Gəncə və ətraf bölgədən olan xeyli sayda əlilliyi olan şəxs günlərdir ki, regional Sosial Xidmət Agentliyinin filialında əngəllə üzləşirlər.

Bəzi şikayətçilər deyirlər ki, növbə probelminin yaranmasına səbəb filialda xeyli işçi olmasına rəğmən, prosesin 1 əməkdaş tərəfindən icra olunmasıdır. Bu çətinlik səbəbindən hətta bəzi şəxslər müavinətdən imtina etməli olurlar.

Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən bildirildi ki, 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə vətəndaşlar müraciət üçün Agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin elektron ünvanına göndərə bilərlər. Vətəndaşların müraciətinə növbəlilik əsasında baxılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.