Bir qrup erməni hüquqşünas prezident seçkisinin qanuniliyinin yoxlanılmasını tələb edibbackend

Bir qrup erməni hüquqşünas prezident seçkisinin qanuniliyinin yoxlanılmasını tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup erməni hüquqşünas Armen Sarkisyanın prezidentliyə seçilməsinin qanuniliyinin yoxlanılması tələbi ilə Baş Prokurorluğa müraciət edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Hüquqşünaslar Birliyinin rəhbəri Ara Zöhrabyan bildirib.

“Armen Sarkisyan 2003-2012-ci illərdə Birləşmiş Krallıq vətəndaşlığına sahib olub və 2 mart 2018-ci ildə prezident seçilib. Bu vəziyyətdə namizədin son ​​altı ildə yalnız Ermənistan vətəndaşlığına sahib olması tələbi təmin edilməyib. Sarkisyan yalnız Britaniya vətəndaşlığının etibarlılığının 1 mart 2012-ci tarixindən əvvəl sona çatması halında prezident seçilə bilərdi”, – deyə o söyləyib.

Müraciəti, təxminən, 50 erməni hüquqşünas imzalayıb.

Qeyd edək ki, Sarkisyan Ermənistanın prezidenti seçildiyi 2018-ci ilə qədər respublikanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışıb. Onun ailəsinin bir hissəsi hələ də orada yaşayır.