Bir qrup jurnalist Horadiz-Füzuli istiqamətinə səfərə gedibbackend

Bir qrup jurnalist Horadiz-Füzuli istiqamətinə səfərə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyi bir qrup jurnalistin iştirakı ilə işğaldan azad edilmiş ərazilərimizə – Horadiz-Füzuli istiqamətinə yollanıb.

NOCOMMENT xəbər verir ki, report-un səfərdə iştirak edən əməkdaşı İsmayıl Nəsiblinin məlumatına görə, burada Azərbaycan Ordusunun mühəndis qoşunlarının istehkamçılarının yerinə yetirdikləri bəzi tapşırıqların praktik nümayişi olub.

Söhbət kommunikasiya sistemlərinin, yolların və əkin sahələrinin təmizlənməsindən gedir.

Jurnalistlər ərazidə düşmənin uzun illər boyu formalaşdırdığı maneələr sistemi ilə tanış olub, mühəndis qoşunlarının hissə və bölmələrinin apardığı işləri praktiki izləyiblər.

Düşmənin keçilməz hesab etdiyi manelər sistemi ilə yaradılmış müdafiə xətti mühəndis-istehkamçı qoşunlar tərəfindən zərərsizləşdirilib. Düşmən geri çəkilərkən hərəkət marşurutlarında və yollarda quraşdırdığı mina partlayışlı manelər və partlayışa hazırlanmış körpülər də mühəndis kəşfiyyatı nəticəsində zərərsizləşdirilib. Ermənilərin geri çəkilərkən partlatdığı körpülərin ətrafında alternativ yollar yaradılıb. Bu mümkün olmayan istiqamətlərdə isə tam körpüquranlar vasitəsilə körpülər qurulub. Beləliklə, qoşunların fasiləsiz hərəkətləri davam edir.

Ümumiyyətlə, döyüş əməliyyatları aparılan bütün istiqamətlərdə mühəndis təminatı tapşırıqları uğurla icra edilib.