Bir qrup şəxs aksiya keçirməyə cəhd göstərdibackend

Bir qrup şəxs aksiya keçirməyə cəhd göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 15-də saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılmış və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılmışlar.