Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu – FOTObackend

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində “AzSamand” markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nəticədə 2000-ci il təvəllüdlü Orxan Qurbanov hadisə yerində həlak olub.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, gənc Orxanın dostlarının sosial şəbəkədə paylaşdığı bir foto diqqət çəkib.

Belə ki, həmin fotoda yer alan üç dostun hər biri son iki il ərzində yol-nəqliyyat hadisələrinin qurbanı olub.

Şəkildəki şəxslərdən Araz Kazımlı 2023-cü ilin oktyabrında, Əli Cəfərov isə 2024-cü ilin martında ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olublar.